ABŞ prezidenti Donald Tramp ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsini məhdudlaşdıran iki yeni fərman imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb.
Birinci sənəd Amerikada doğulsa belə, avtomatik olaraq ABŞ vətəndaşlığı ala bilməyəcək şəxslərin kateqoriyalarını müəyyən edir. Səfirlərin, səfirlik əməkdaşlarının, xarici hökumətlərin və ya beynəlxalq təşkilatların təmsilçilərinin övladları, həmçinin valideynləri vətəndaşlıq almaq üçün saxta sövdələşmələrdə (“doğum turizmi”) iştirak edən uşaqlar bu siyahıya daxildir.
Bundan başqa, doğum üçün ABŞ-də surroqat ana ilə kommersiya müqaviləsi bağlayanların övladları, federal qanunlara əsasən vətəndaşlıq statusu tanınmayan ABŞ ərazilərində və ya sularında doğulanlar, həmçinin valideynlərindən biri “düşmən əcnəbi” (məsələn, terrorçu) olanlar da ABŞ vətəndaşlığı ala bilməyəcəklər.












