“Torqovı”da restoran yanır - FOTO

  • Müəllif: Orxan
  • 07 Avqust 2026 12:44

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Əlavə məlumat veriləcək.