Qızılın qiymətində yeni rekord - 4400 dollar oldu

  • Müəllif: Orxan
  • 08 Avqust 2026 10:09

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

Gununsesi.info birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 2,33 artaraq 4 399,7 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 3,07% artaraq 63,5 dollar təşkil edib.

Gununsesi.info