Aİ səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEO

  • By admin
  • 20 Mart 2022 12:06

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkonun videomüraciəti nümayəndəliyin sosial media səhifələrində paylaşılıb.

“Novruz dirçəliş, yeni başlanğıclar, baharın nəfəsi, bolluq və birlik bayramıdır. Bu bayram yeni başlanğıcları və baharı qeyd etmək, ailə ilə bir araya gəlmək üçün unikal fürsətdir. Bu gün hamı dünyada baş verən pandemiya və Ukraynadakı müharibəyə görə çətin günlər yaşayır. Lakin biz hələ də parlaq gələcəyə ümid edirik, sülh və firəvanlıq, daha yaxşı gələcək üçün birlikdə işləməyə davam edirik. Biz Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında həm ikitərəfli, həm də “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əhəmiyyətli və intensiv dialoqun və münasibətlərin inkişafının şahidi olduq. Aİ-nin Azərbaycandakı nümayəndəliyi adından Azərbaycan xalqını Beynəlxalq Novruz Günü münasibətilə təbrik edirəm. Bu bayramın evlərinizə sevinc, süfrələrinizə bolluq gətirməsini arzu edirik. Gəlin, hamımız bu özəl bayramı qeyd edərək, bir-birimizlə daha mehriban olaq, sağlam qalmaq üçün bir-birimizə dəstək olaq”, – səfir bildirib.

Gununsesi.info