Avropa İttifaqı Ukraynaya 50 milyard avro dəyərində dörd illik iqtisadi və maliyyə dəstəyi proqramı çərçivəsində ilk müntəzəm ödənişə icazə verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kiyev dövlət idarəçiliyini təmin etmək və makromaliyyə sabitliyini gücləndirmək üçün 4,2 milyard avro alacaq.
Avropa Şurasının qərarında deyilir ki, vəsait almaq üçün Ukrayna dövlət maliyyəsi və müəssisələrin idarə edilməsi, biznes mühiti, enerji və minalardan mühafizə, o cümlədən islahatlar kimi sahələrdə lazımi şərtləri yerinə yetirib.
Müharibədən əziyyət çəkən ölkəyə kömək etmək və iqtisadiyyatını bərpa etmək üçün Aİ mart ayında Ukrayna Fondunu yaradıb.
Artıq ondan körpü və əvvəlcədən maliyyələşdirmə şəklində 8 milyard avroya yaxın vəsait əldə edib.
2024-2027-ci illər üçün nəzərdə tutulmuş 50 milyard avroluq yardım proqramının 32 milyard avrosu islahatları və investisiyaları dəstəkləmək üçün nəzərdə tutulub, onların ayrılması müəyyən göstəricilərin əldə edilməsi ilə şərtlənir.
Bildirilib ki, əgər təklif olunan bütün islahatlar və investisiyalar tam şəkildə həyata keçirilərsə, Ukraynanın ÜDM-i 2027-ci ilə qədər əlavə olaraq 6,2%, 2040-cı ilə qədər isə 14,2% arta bilər və dövlət borcu isə 2033-cü ilə qədər ÜDM-in təxminən 10 faiz bəndi azala bilər.
Rusiyanın işğalı səbəbindən 2022-ci ildə 30%-dən çox çökən ölkənin ÜDM-i keçən il 5% artıb.
ABŞ Ukraynaya iqtisadi yardımı edir. Bazar ertəsi Kiyev onlardan büdcə yardımı şəklində 3,9 milyard dollar alıb.
Bloomberg qeyd edir ki, vəsaitlər Konqresin aprel ayında təsdiq etdiyi 61 milyard dollarlıq paketdən gəlir.