Akar Xocalı sərgisində - FOTO/VİDEO

  • By admin
  • 11 Mart 2021 12:47

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda Mərkəzi Zabitlər Evində “29-cu ilində Xocalı Soyqırımı” foto sərgisinin açılış mərasimində iştirak edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Sərgi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə keçirilib.

Sərgiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları Komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri Komandan Adnan Özbal, Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Həsən Küçükakyüz də qatılıb.

Türkiyə rəsmilərinə fotolar barədə məlumat verilib.