Aleksandar Vuçiç istefaya hazırlaşdığını bildirib

Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın aylarda vəzifəsindən istefa verə biləcəyini bildirib.

Gununsesi.info  xəbər verir ki, lider bu haqda “Radio Belgrade”a müsahibəsində danışıb.

Dövlət başçısı qeyd edib ki, postundan ayrılması sürpriz olmayacaq və artıq buna hazırlaşmağa başlayıb.

Vuçiç prezident administrasiyasındakı şəxsi kitablarını topladığını da açıqlayıb. Onun sözlərinə görə, səlahiyyət müddəti ərzində əldə etdiyi 1200 kitabı hansısa quruma bağışlamağı planlaşdırır.

Serbiya lideri əlavə edib ki, istefa qərarı verilərsə, bunun növbəti üç-dörd ay ərzində baş verməsi mümkündür.

Gununsesi.info