Deputatlar ölkənin kansleri Olaf Şolza etimad göstərməsələr, Almaniya Bundestaqı buraxmağa və növbədənkənar parlament seçkiləri keçirməyə hazırdır.
Gununsesi.info xəbər verir ki, bunu Almaniya Frank-Valter Ştaynmayer bildirib.
“İndi taktika və aldatma deyil, ağıl və məsuliyyət vaxtıdır”– deyə Ştaynmayer əlavə edib.
Bundan əvvəl Olaf Şolz ölkənin maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib. Kansler, “ölkəyə zərərin qarşısını almaq üçün” bunu etməyə məcbur olduğunu söyləyib.