Rusiya Ukraynada “ciddi” sülh danışıqlarına başlamağa hazır olarsa, Almaniya kansleri Fridrix Merts Prezident Vladimir Putinlə danışıqlara razılıq verə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful “Bloomberg” agentliyinə verdiyi müsahibədə bildirib.
İki lider arasında telefon danışığının baş tutub-tutmayacağı ilə bağlı suala cavab olaraq Vadeful bildirib ki, “bu, müəyyən bir vaxtda baş verə bilər”.
Nazir avropalıların Almaniya, Fransa və Böyük Britaniya ilə xüsusi üçtərəfli format təşkil etdiklərini qeyd edib.
“Biz Ukrayna ilə Rusiya arasında aparılan bu danışıqların az-çox bir hissəsiyik. Bu formatda daha əhəmiyyətli rol oynamağa hazırıq. Əgər belə bir çağırış nə vaxtsa zəruri və məqsədəuyğun olarsa, Rusiya tərəfi həqiqətən danışıqlar masasına ciddi şəkildə oturmağa hazır olarsa, kansler, əlbəttə ki, buna hazır olardı”, – deyə Vadeful bildirib.
Maqsud










