Almaniyada hovuzda 18 nəfər xlordan zəhərlənib

  • By Günel
  • 16 Yanvar 2025 08:55

Almaniyanın Ştrausberq şəhərində üzgüçülük hovuzlarından birində aralarında bir neçə məktəbli də olmaqla 18 nəfər xlordan zəhərlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Hadisə yanvarın 15-də günorta saatlarında baş verib. Belə ki, hovuzdan istifadə edənlər ürəkbulanma və tənəffüs problemlərindən şikayətləniblər. Qızlardan biri helikopterlə Berlin xəstəxanasına aparılıb, onun vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb. Xlor sızmasının səbəbi araşdırılır.

Gununsesi.info