Alman hüquq-mühafizə orqanlarının əməkdaşları mümkün təxribat səbəbindən Kölndəki Bundesver kazarmasını möhürləyiblər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti yazır.
Nəşrin məlumatına görə, hücum edənlər kazarmaya icazəsiz daxil olub və krandan gələn suyu zəhərləyiblər.
Vəziyyətlər aydınlaşana qədər şəxsi heyətin Köln hava limanının bilavasitə yaxınlığında yerləşən bölmənin ərazisinə daxil olması qadağandır.
Bundan əvvəl Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi alman şirkətlərinə “Rusiya tərəfindən artan təxribat təhlükəsi” barədə xəbərdarlıq etməyə başlayıb.
Afət
Gununsesi.info