Almaniyada koronavirusla bağlı məhdudiyyətlərə qarşı etiraz aksiyaları keçirilib

  • By admin
  • 04 Yanvar 2022 22:25

Almaniyanın bir neçə şəhərində koronavirusla bağlı məhdudiyyətlərə qarşı etiraz aksiyaları keçirilib.

Gununsesi.info-nun “Deutsche Welle”yə istinadən verdiyi məlumata görə, bir neçə etiraz aksiyasında polislərlə etirazçılar arasında toqquşmalar baş verib.

Məlumata əsasən, etiraz aksiyaları yanvarın 3-ü axşam saatlarında Saksoniya, Türingiya, Bavariya, Saksoniya-Anhalt, Meklenburq-Qərbi Pomeraniya əyalətlərində keçirilib. Bildirilri ki, aksiyaların iştirakçıları məhdudiyyətlərə əməl etmədikdə, xüsusən də maskasız olduqda və ya sosial məsafəni pozduqda polis əməkdaşları müdaxilə edirdilər.

Maqdeburq şəhərində etiraz aksiyasına 2,5 min nəfər qatılıb. Onlardan bir neçə özünü aqressiv apararaq, pirotexniki vasitələrdən istifadə edib, bir nəfər isə polis əməkdaşlarına butulka atıb. Aksiyadan sonra bir neçə nəfər saxlanılıb.

Rostokda küçələrə təxminən 4 min nəfər çıxıb. Burada da polislər eriraz akiyasına müdaxilə ediblər. Lixtenştaynda etirazlara 200-ə yaxın insan qoşulub, burada polis əməkdaşları aqressiv davranmaq niyyətində olan bir qrup insanı dərhal zərərsizləşdirməyə nail olub.

Qeyd edək ki, Almaniyada 2021-ci ilin sonunda bir neçə federal torpağən hakimiyyəti COVID-19-un yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Bir çox insan bundan narazıdır.

 

 

Gununsesi.info