FİFA 2021-ci ilin ən gözəl qolu üçün Puşkaş mükafatına üç namizədi açıqladı

  • By admin
  • 04 Yanvar 2022 22:14

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) öz rəsmi saytında ilin ən gözəl qolunu vuran futbolçuya verilən Ferens Puşkaş mükafatına namizədlərin qısa siyahısını dərc edib.

Mükafata Avro-2020-də Şotlandiya ilə matçda meydanın mərkəzindən endirdiyi zərbə ilə fərqlənən çexiyalı hücumçu Patrik Şik, Çempionlar Liqasının “Çelsi” ilə matçında aşırma qol vuran “Portu”nun futbolçusu Mehdi Taremi və İngiltərə Premyer Liqasının 14-cü turunda “Arsenal”a qol vuran “Tottenhem”in futbolçusu Erik Lamela iddia edir.

Qeyd edək ki, Ferens Puşkaş mükafatı qalibinin adı yanvarın 17-də açıqlanacaq.

Gununsesi.info