Alyaskada 6 bal gücündə zəlzələ

  • Müəllif: Ayshan
  • 27 Noyabr 2025 22:15

Alyaskada 6 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar UTC saat 17:11-də (Bakı vaxtı ilə 21:11) Susitna şəhərindən 12 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ 69,4 kilometr dərinlikdə baş verib.

Sunami təhlükəsi yoxdur. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Gununsesi.info