Amerika avia-şirkətinin rəhbəri müsəlmanları yaxşı anlamaq üçün oruc tutdu...

  • By admin
  • 08 May 2021 09:17
ABŞ-ın “American Airlines” (Amerikan Hava Yolları) avia-şirkətinin baş direktoru Duq Parker müsəlmanların müqəddəs Ramazan ayında müsəlman işçilərinin yaşadıqlarını daha yaxşı anlamaq məqsədilə bir gün oruc tutub.
Gununsesi. info xəbər verir ki, bu haqda “TRTHaber” məlumat yayıb.
Parker 29 apreldə Amerikan Hava Yollarının qeyri-müsəlman əməkdaşlarını birlik üçün oruc tutmağa dəvət edən Müsəlman İşçilərin İş Birlikləri Qrupundan (EBRG) oruc tutmaq dəvətini alıb.
Amerika avia-şirkəti rəhbərinin sözlərinə görə, o da işçiləri kimi 15 saat ərzində yemək və sudan imtina edib.
“Sizə deyə bilərəm ki, axşam 8:30-da artıq acmış və çox susamışdım. Bu, müsəlman komanda üzvlərimizə və onların inanclarına sadiq qalmalarına  böyük hörmətimə səbəb oldu”-deyə Parker “Linkedin” sosial şəbəkəsində yazıb.
Avia-şirkət rəhbərinin yazısı 18 mindən çox bəyənmə toplayıb. Onun altına 720 şərh yerləşdirilib.
Gununsesi. info