“Qarabağ” klubu braziliyalı futbolçu ilə maraqlanır

  • By admin
  • 08 May 2021 09:11

“Qarabağ” klubu Portuqaliyanın “Real SC” klubunda çıxış edən Felipe Rayanla maraqlanır.

Gununsesi. info xəbər verir ki, bu barədə ölkənin “Record” nəşri məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı braziliyalı yarımmüdafiəçini Azərbaycan çempionu ilə yanaşı Rumıniya təmsilçiləri də heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Felipe Rayan 2019-cu ildən “Real SC”də oynayır. Komanda Portuqaliyanın 3-cü liqasında mübarizə aparır.

Gununsesi.info