
Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkidən daha 5 nəfər həyatını itirib.
Gununsesi.info Teleqraf – a istinadən xəbər verir ki, hazırda ölənlərin sayı 38 nəfərə yüksəlib.
Saxta içkidən zəhərlənənlərdən 32 nəfər reanimasiyada müalicə olunur, 33 nəfər evə buraxılıb.
Aparılan istintaq zamanı həbs edilənlərin sayı 19-a çatıb, 35 nəfər haqqında isə məhkəmə nəzarəti qərarı çıxarılıb.