Ankaradan Makrona TARİXİ DƏRS

  • By admin
  • 27 Avqust 2022 21:27

Türkiyə Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronu rəhbərlik etdiyi ölkənin Afrika qitəsi ilə münasibətlərinə təsir edən müstəmləkə keçmişini tanımağa dəvət edib.

Gununsesi.info xəbər verir ki, bu barə Türkiyə mətbuatı məlumat yayıb.

Belə ki, nazirlik Makronun Əlcəzairə səfəri zamanı səsləndirdiyi Türkiyə əleyhinə açıqlamalarına reaksiya verib. Fransa prezidenti çıxışında Türkiyə, Rusiya və Çində guya “fəallıq nümayiş etdirən, imperialist planlar” göstərən və Beşinci Cümhuriyyətə qarşı çıxan yeni müstəmləkəçi strukturların olduğunu bildirib.

Cavabında Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Tanju Bilgiç Fransa rəhbərinin ittihamlarının qəbuledilməzliyini vurğulayıb və ölkəni öz müstəmləkə keçmişini tanımağa və onun nəticələrini dərk etməyə çağırıb. Rəsmi şəxsin sözlərinə görə, məhz buna görə və hər vasitə ilə Afrika qitəsində əvvəlki təsirini saxlamaq cəhdlərinə görə Fransa haqqında mənfi rəy var.

“Ümid edirik ki, Fransa yaxın gələcəkdə müstəmləkəçilik keçmişinin nəticələrini dərk edə biləcək və Türkiyə və ya başqa bir ölkəyə kölgə salmaqla tarixi reallıqlardan qaçmağa çalışmayacaq”, – Bilgiç bildirib.

Gununsesi.info