Asəf Zeynallının məzarı baxımsız qalıb - Fotolar

Bəstəkar Asəf Zeynallının məzarı baxımsız vəziyyətdədir.

Gununsesi.info xəbər verir ki, bu barədə tarzən Humay Qədimova sosial şəbəkədə paylaşım edib.

Sənətçi məsələ ilə bağlı lazımi şəxslərə müraciət etdiyini bildirib:

“Çoxdandır məni narahat edən bir məqam var. Allah dünyadan köçən dahilərimizə rəhmət etsin. Təxmini üç ay əvvəl və bir neçə gün öncə mərhum bəstəkar Asəf Zeynallının məzarını ziyarət etdim. Çox yazmayacağam, baxımsız vəziyyətdədir. Bu kişi cəmi 23 il ömür yaşadı, amma böyük sənət qoyub getdi. Məzarın bərpası ilə bağlı lazımi hörmətli şəxslərə müraciət etmişəm. İnşallah, yaxın zamanda paylaşacağam. Səsimə səs verdikləri üçün dərin təşəkkürümü bildirirəm”.

 

Gununsesi.info