Aslan Aslanov AZƏRTAC-ı oğlunun əli ilə talayırmış - AGENTLİYİN TORPAQ SAHƏLƏRİNİ DƏ SATIB

  • Müəllif: admin
  • 15 Dekabr 2022 09:43

AZƏRTAC-ın idarə heyətinin keçmiş sədri Aslan Aslanovun  vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi onun korrupsiya əməllərinin olması barədə deyilənlər təsdiqini tapmaqdadır.

Gununsesi.info-ya daxil olan bir materialda Aslan Aslanovun fəaliyyəti zamanı həyata keçirdiyi bəzi korrupsiya faktlarından bəhs edilir.

Bildirilir ki, Aslan Aslanov bu əməllərini Konstitusiya Məhkəməsinin mətbuat xidmətində çalışan oğlu Tural Aslanov ilə birlikdə həyata keçirib.

Belə ki, AZƏRTAC-ın jurnalistləri üçün Dübəndidə ayrılmış torpaq sahələri jurnalist olmayan və Aslanova yaxın 32 şəxsin adına rəsmiləşdirilərək, sonradan etibarnamə ilə Tural Aslanovun yaxın dostu və AZƏRTAC-da reklam şöbəsinin müdiri olan Əlişan Quluzadənin vasitəçiliyi  ilə satılmışdır. Bildirilir ki, bu əməliyyatlarda ayrı-ayrı vətəndaşlara ümumilildə 16 satış həyata keçirilib.
Həmçinin, Tural Aslanovun şəxsi biznes məqsədilə açdığı idman zalı üçün nəzərdə tutulan avadanlıqlar da  sonradan AZƏRTAC tərəfindən saxta tenderlə satın alınmışdır.

Söhbət hər iki proses üzrə milyonlarla manatın agentliyin büdcəsindən silinməsindən gedir.
Keçmiş direktorun fəaliyyəti zamanı başqa bir mənimsə faktı da olub. Bildirilir ki,  Şabran rayonunun Qalaltı kəndində tikdirdiyi villasının bütün tikinti xərci də  AZƏRTAC balansından ödənilib.

Bundan başqa tikinti rəhbərinə əməkhaqqı ödənilməsin deyə onun iki övladı da agentliyə tərcüməçi kimi işə alınıb.

Məsələ ilə bağlı Aslan Aslanovun mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Bununla belə onun da mövqeyini işıqlandırmağa hazırıq.

 

Elmar Elnuroğlu

Gununsesi.info