İranın bu qurumdan çıxarılmasına səs verilib

  • Müəllif: admin
  • 15 Dekabr 2022 09:31

BMT-nin İqtisadi və Sosial Şurası İranın 2026-cı ilə qədər BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasına səs verib.

Gununsesi.info “TASS”-a istinadla xəbər verir ki, ABŞ İranda son aylarda davam edən etirazlar zamanı qadınların hüquqlarının pozulmasını əsas gətirərək, ölkənin komissiyadan çıxarılma təşəbbüsü ilə çıxış edib.

29 ölkə çıxarılmanın lehinə səs verib, 8-i əleyhinə, 16-sı bitərəf qalıb.

Gununsesi.info