İrəvanda atışma baş verib.
Gununsesi.info erməni mediasına istinadla xəbər verir ki, bu gecə saat 04 radələrində baş verən atışma nəticəsində 4 nəfər ölüb.
Məlumata görə, İrəvanın Kanakera küçəsində polis əməkdaşları və müstəntiqlər iki kişi meyiti aşkarlayıb. Sonradan məlum olub ki, həmin ərazidən 2 yaralı da xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerindən bir neçə silah, güllə, bıçaq tapılıb.
Xəbərə görə, ölənlər arasında Ermənistanda cinayətkar aləmdə tanına “Kanakersi Tuy” ləqəbli Artur Kazaryan da var. O, Ermənistanın keçmiş Prezidenti Serj Sərkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyasından deputat olub. Kazaryan Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanın işğalında qalması uğrunda silahlı dəstələrdən birində vuruşub. Ermənistanın Baş naziri Nikol Paşinyanın göstərişinə əsasən, separatçıların tör-töküntülərinin başçısı onu “döyüş silahı ilə mükafatlandırıb”.
Gununsesi.info