Məşhur aparıcı Zəfər konsertində yıxıldı, qolu sındı  - FOTO

  • By admin
  • 11 Noyabr 2021 10:39

Məşhur xəbər aparıcısı Jalə Həsənlinin 8 noyabr- Zəfər Günü təşkil olunan konsertdə başına iş gəlib.

Gununsesi.info xəbər verir ki, o, aparıcısı olduğu Dənizkənarı Milli Parkdakı konsertdə səhnədən yıxılaraq xəsarət alıb.

Aparıcı bu haqda belə yazıb: “Necə deyərlər, igid odur, atdan düşə atlana, igid odur, hər əzaba qatlana. Yıxılsam da, ayaqdayam. Maraqlanan dostlar, hər birinizə təşəkkür edirəm. Narahat olmayın, qolum 2 nahiyədən sınıb, həkim toparlamağa çalışıb. Hər şey əladır, buna da şükür”.

Gununsesi.info