Avropa İttifaqı ölkələri rus diplomatlarının sərbəst hərəkətini məhdudlaşdıracaq

Aİ ölkələri 19-cu sanksiyalar paketinin bir hissəsi olaraq rus diplomatlarının blok daxilində sərbəst hərəkətini məhdudlaşdırmağa razılaşıblar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sonuncu etiraz edən ölkə olan Macarıstan vetosunu ləğv edib.

Təklifə əsasən, Aİ paytaxtlarında yerləşən rus diplomatlar sərhədi keçməzdən əvvəl digər hökumətlərə səyahət planlarını bildirməlidirlər.

Bildirilib ki, bu, diplomatik pərdə altında fəaliyyət göstərən rus casuslarının təxribat cəhdlərinin artmasına cavabdır.

O, da qeyd edilir ki, 19-cu sanksiya paketinin qəbulunu Avstriyanın milyarder Oleq Deripaskanın keçmiş aktivlərinə qarşı sanksiyaların yüngülləşdirilməsi məsələsi çətinləşdirə bilər.

Keçən həftəki sammitdə 10-a yaxın Aİ ölkəsi bu təklif daxil edilərsə, sanksiyaları dəstəkləməyəcəklərini bildiriblər.

Danışıqların növbəti raundu oktyabrın 8-də keçiriləcək.

Şəbnəm Rəhimova

Gununsesi.info