Aİ Şurası Rusiyadan həm boru kəməri qazının, həm də mayeləşdirilmiş təbii qazın alışını dayandırmaq barədə qərarı təsdiqləyib.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Rusiyanın mayeləşdirilmiş təbii qazının idxalı 2026-cı ilin sonu, boru kəməri qazının idxalı isə 2027-ci ilə qədər dayandırılmalıdır.
Macarıstan və Slovakiya həmişəki kimi qərarın əleyhinə səs veriblər.












