Avropa İttifaqının Qrenlandiyada Trampla qarşılaşmaq qorxusu ortaya çıxıb

  • By Admin2
  • 16 Yanvar 2026 12:48

Avropa ölkələri Vaşinqtonun Ukraynanın təhlükəsizliyinin təmin edilməsindəki  roluna görə Qrenlandiya ilə bağlı ABŞ prezidenti Donald Trampla açıq şəkildə qarşıdurmaya girməkdən çəkinirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat verib.

Nəşrin sözlərinə görə, Avropanın “aqressiv ritorikadan çəkinməsinin” əsas səbəbi Ağ Ev rəhbərinin Kiyevin Rusiya ilə sülh müqaviləsi bağlamasında etibarlı təhlükəsizlik zəmanətləri məsələsində dəstəyidir.

Diplomatlar bildiriblər ki, Avropa İttifaqı Qrenlandiyada ABŞ-nin mümkün cavab tədbirlərini müzakirə edir. Aşağıdakı cavab variantları nəzərdən keçirilir: hərəkətin təxirə salınması, Respublikaçılar Partiyası daxilində Avropanın mövqeyi üçün lobbiçilik, adaya Avropa qoşunlarının yerləşdirilməsi və ABŞ-də informasiya kampaniyası aparmaq.

Nəşrin qeyd etdiyi kimi, ən radikal seçim adadakı ABŞ hərbi bazalarının nəzarətini Avropaya təhvil vermək də daxil olmaqla, ABŞ-nin Qrenlandiyadakı hərbi mövcudluğuna dəstəyi dayandırmaq kimi görünür.

Maqsud

Gununsesi.info