Avropa Ukraynaya 500 milyon yardım ayırır

  • By admin
  • 05 Sentyabr 2022 21:38

Avropa Komissiyası və Ukrayna Kiyevə 500 milyon avro yardım göstərilməsi haqqında saziş imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Samer Brüsseldə mətbuat konfransı zamanı bildirib.

“Avropa Komissiyası və Ukrayna bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyenin elan etdiyi öhdəliklər çərçivəsində 500 milyon avro məbləğində yeni büdcə dəstəyi proqramı imzalayıb.

Bu yardım apreldə “Ukraynaya dəstək” kampaniyası çərçivəsində, mayda isə Varşavada keçirilən yüksək səviyyəli beynəlxalq donor konfransının bir hissəsi kimi elan edilib”, – deyə Samer bildirib.

Gununsesi.info