Güclü zəlzələ Çini belə silkələdi - VİDEO

  • By admin
  • 05 Sentyabr 2022 21:11

ABŞ Geoloji Xidməti (USGS) Çinin Sıçuan əyalətində 6,8 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzi bu gün yerli vaxtla saat 12:52-də ölkənin cənub-qərbindəki Qarze Tibet Muxtar Vilayətinin Ludinq rayonunda baş verən zəlzələnin maqnitudasının 6,8 bal olduğunu bildirib.

Çin Zəlzələ Şəbəkələri Mərkəzi ilk təsbitlərə görə zəlzələ nəticəsində 7 nəfərin həyatını itirdiyini bildirərək, zəlzələnin 16 kilometr dərinlikdə meydana gəldiyini və əyalətin bir çox şəhərində təkanların hiss edildiyini açıqlayıb.

Həmin zəlzələ anının görüntülərini təqdim edirik:

Gununsesi.info