Azərbaycanda koronavirusa 72 yeni yoluxma faktı qeydə alınıb - FOTO

  • By admin
  • 05 Sentyabr 2022 20:52

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 815 595 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 395 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 375 aktiv xəstə var. Bu günə qədər 9 825 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 001, bu günə qədər isə ümumilikdə 7 172 037 test icra olunub.

Gununsesi.info