Avstraliyada melioidoz epidemiyası

  • By Admin2
  • 18 Mart 2025 16:09

Avstraliyada 2024-cü ilin noyabrında başlayan güclü yağışlardan sonra melioidozdan 20 nəfər ölüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ilin noyabrında güclü yağışlar başlayandan bəri Avstraliyanın Kvinslend ştatında 125 melioidoz hadisəsi qeydə alındığı bildirilir.

Şimaldakı Taunsvil şəhərində yaşlı bir kişi öldü və ştatda melioidozdan ölənlərin sayı 20-yə çatdı. Səlahiyyətlilər güclü yağışın davam edəcəyi gözlənilən Kvinslenddə yaşlı və xroniki xəstələri palçıqdan uzaq durmağa çağırıb.

Melioidoz palçıq hissəciklərinin tənəffüs yolu ilə və ya çirklənmiş su ilə təmasdan ötürülür.

Queensland Universitetində yoluxucu xəstəliklər professoru. Dr. Paul Griffin, epidemiyanın səbəb olduğu ölümlərin gözləniləndən çox olduğunu və hadisələrin azaldılması və can itkisinin qarşısının alınması üçün insanların xəstəlikdən xəbərdar edilməsinin lazım olduğunu bildirib.

Orxan

Gununsesi.info