“Boşanmış biri mediator olmamalıdır”

“Bütün hallarda məhkəməyəqədərki proseslərdə mediasiya özünü doğrultmur”​.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, vətəndaş məhkəmədən əvvəl mediasiyanı istəmirsə, onu məcbur etmək lazım deyil:

“Mediatorlar ixtisaslaşdırılmaldır. Boşanmış biri mediator olmamalıdır. Boşanmış bir şəxs gedib sertifikat alıb ailə məsələləri üzrə mediator kimi çıxış edə bilməz. Bu barədə məhdudiyyətlər tətbiq olunmalıdır”.

 

 

Gununsesi.info