
Meksikanın şimalında yerləşən Sonora ştatında Sonoita – San-Luis-Rio-Kolorado şosesində avtobus yük maşını ilə toqquşub.
Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 16 nəfər ölüb, 22 nəfər yaralanıb.
“Hazırda 22 nəfərin xəsarət aldığı məlumdur, 16 nəfər həlak olub, 6 yaralının vəziyyəti ağırdır”, – deyə regionun prokurorluğu tvitter hesabında bildirib.
Faciənin mümkün səbəbləri barədə açıqlama verilməyib. Qəzanın səbəbləri araşdırılır.
Gununsesi.info