Bu ölkələr Şengen zonasına daxil ola bilər

  • By admin
  • 03 Sentyabr 2021 09:08

Çexiya Baş naziri Andrey Babiş Şengen ölkələri sırasına Bolqarıstan, Rumıniya, Xorvatiya və Serbiyanın da əlavə olunması barədə çağırış edib.

Gununsesi.info xəbər verir ki, A.Babişin sözlərinə görə, bu baş versə Balkan yarımadası ölkələrinin yardımı Avropa İttifaqının qanunsuz miqrasiya ilə mübarizə üçün aydın strategiyası olacaq. O qeyd edib ki, Avropa qeyri-qanuni miqrasiyadan qorunmalıdır. “2015-ci ildə Şengen bölgəsi effektivliyini nümayiş etdirməyib. Macarıstan o vaxt təsirli olduğunu sübut edən yeganə ölkə idi”, – deyə baş nazir bildirib.

Siyasətçi bu problemləri Sloveniyanın Bled şəhərində başlayan “Strateji Forum” adlı beynəlxalq siyasi elm konfransında qaldırıb.

Gununsesi.info