Bu gün BMT Təhlükəsizlik Şurasında ciddi islahata ehtiyac var, inkişaf etməkdə olan ölkələrin səsi orada daha gur gəlməlidir.
Gununsesi.info-nun Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
Eyni zamanda, Türk Yaşıl Koridoru adlandırılan elektron sistem yaradılmasını, yaşıl enerji ilə bağlı aparıcı texnologiyaların, dövlət-özəl layihələrin təşviqini də təklif edirik”.
Özbəkistan lideri Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə də toxunub. O qeyd edib ki, Vaşinqtonda Azərbaycanın Ermənistanla imzaladığı Birgə Bəyannamə Türk xalqlarının zəfəridir.
Şavkat Mirziyoyev vurğulayıb ki, Bəyannamə iqtisadiyyat, nəqliyyat kimi sahələrdə əməkdaşlıq imkanları ortaya qoyur.












