2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 47.3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Gununsesi.info xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə bir faiz azdır. Amma qeyri-neft sektorunda artım dinamikası 4.8 faiz təşkil edib.
Belə ki, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 1.9% azalıb, buna qarşılıq qeyri-neft sənayesində 4.8% artım qeydə alınıb.
Qeyri-neft sektorunda artım dinamikasında emal sektoru önə çıxıb. Statistik göstəricilərə əsasən, 2025-ci ilin ilk doqquz ayında:
• Əczaçılıq məhsullarının istehsalı 96.8%;
• Ağac emalı və ağac məmulatlarının istehsalı 59.2%;
• Toxuculuq sənayesi məhsullarının istehsalı 27.6%;
• Qida məhsullarının istehsalı 10.5%;
• Rezin və plastik məmulatların istehsalı 9.7% artıb.












