Azərbaycan-Ermənistan danışıqlarında Vaşinqton formatı yarana bilər

  • By admin
  • 28 Dekabr 2022 12:24

Azərbaycan-Ermənistan arasında danışıqlara yeni platforma növbəti mərhələdə Amerika ola bilər.

Gununsesi.info xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair mətbuat konfransında bildirib.

F.Şəfiyev bundan başqa platforma görünmədiyini vurğulayıb:

“Amma dördtərəfli platforma mövcud deyil. Praqada Fransanın iştirakı ilə keçirilən görüşdən sonra Azərbaycan bu platformadan imtina edib. Digər tərəfdən, Ermənistan Moskva formatından da imtina edib. Brüssel görüşü də formal olaraq baş tutmadı, amma ola bilsin ki, Ermənistanın marağı ola, yenidən Brüssel görüşü ola bilər. Həmçinin sülh prosesində parodosk var, Azərbaycan qalib ölkə olsa da, sülhə daha çox maraqlıdır. Moskva və Brüssel formatı gələcəkdə bərpa oluna bilər. Həmçinin Vaşinqton formatı da yarana bilər. Amma başqa format ağlabatan görünmür”.

Gununsesi.info