Azərbaycan Premyer Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq

  • By admin
  • 10 May 2023 10:54

Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Gununsesi.info xəbər verir ki, Peşəkar Futbol Liqası bununla bağlı qərar qəbul edib.

“Qarabağ”ın əvəzedici komandasının və Azərbaycanın U-21 millisinin vəfat edən oyunçusu Şirxan Həsənzadə matçlardan əvvəl bu cür yad olunacaq. I Divizionda dünən keçirilmiş oyunlar da bir dəqiqəlik sükutla başlayıb.

Qeyd edək ki, Premyer Liqada XXXIV turun matçları 12, 13, 14 və 17 mayda olacaq.

Gununsesi.info