Azərbaycan səfirinin qızı VƏFAT ETDİ

  • By admin
  • 15 Mart 2021 10:51

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyevə ağır itki üz verib.

Gununsesi.info xəbər verir ki, səfirin qızı  Humay Quliyeva vəfat edib. Bu barədə Vilayət Quliyevin həyat yoldaşı Şəhla Vəzirova bildirib.

Məlumata görə, Humay Quliyeva  martın 13-də  dünyasını dəyişib. Onun hələ ki hansı səbəbdən dünyasını dəyişdiyi barədə məlumat açıqlanmayıb.

Humay Quliyeva BP, Dünya Bankı, “Financial Times”, Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib və Azərbaycandan Amerikaya, Afrikaya qədər bir çox ölkədə xidmətlər göstərib.

O, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biri olub.

Allah rəhmət eləsin!

Gununsesi.info