Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı

  • Müəllif: Firuzə
  • 31 İyul 2026 10:11
Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı iki ölkə arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Belə ki, Azərbaycanın Şuşa şəhəri ilə Qırğızıstanın Çolpon-Ata şəhəri arasında, Qəbələ şəhəri ilə Karakol şəhəri arasında, Gəncə şəhəri ilə Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında anlaşma memorandumları imzalanıb.

Gununsesi.info