“Azərbaycana cavab təkliflərimizi göndərəcəyik” - Paşinyan

“Ermənistan tezliklə bu yaxınlarda əldə etdiyi sənədlə bağlı Azərbaycana öz cavab təkliflərini təqdim edəcək”.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Xatırladaq ki, N.Paşinyan martın 14-ü keçirdiyi mətbuat konfransında bildirib ki, Bakı İrəvanın fevral ayının ortalarında sülh sazişinin mətni ilə bağlı ünvanladığı təklifinə cavab verib.

 

Gununsesi.info