Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ana 1 yaşlı oğlunu su kanalına atdı

  • By admin
  • 14 Avqust 2021 13:29

Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.

Gununsesi.info “Report”a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info