Azərbaycanda dövlət qurumunun 130 əməkdaşı ixtisar ediləcək

  • Müəllif: Orxan
  • 09 Sentyabr 2026 12:05

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşib – SİYAHI

Gununsesi.info xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə İçərişəhər Tarixi Memarlıq Qoruğunun yeni strukturu təsdiqlənib və işçi sayı azaldılıb.

Qərara əsasən, əvvəlki strukturda İdarənin Aparatından əlavə 8 tabeli qurum fəaliyyət göstərirdisə, yeni cəmi 2 tabeli qurum saxlanılıb, bunlar – Muzey və Turizm Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzidir.

Bundan əvvəl isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatından başqa, “İçərişəhər” Muzey Mərkəzi, Mənzil-kommunal və Təmir Xidməti, Elmi-istehsalat bərpa emalatxanası, Elmi-mədəni Mərkəz, Marionet Teatrı, Tahir Salahovun ev-muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzi vardı.

Bundan başqa, «İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə» qərara edilən dəyişikliyə əsasən, İdarənin işçilərinin say həddi 430 nəfərdən 300 nəfərə endirilib. (FED.az)

Gununsesi.info