Azərbaycanda küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

  • Müəllif: Firuzə
  • 21 Avqust 2025 17:55

Azərbaycan ərazisində avqustun 21-i saat 17:00-a olan faktiki hava açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 m/s-dək güclənir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.

 

Gununsesi.info