Azərbaycanda vaksinlər pulsuz vurulacaq

  • By admin
  • 15 Dekabr 2020 16:49

“İlk olaraq risk qrupları vaksin olunacaq”.

Gununsesi.org-un verdiyi xəbərə görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, Azərbaycanda vaksinlərin vurulması pulsuz olacaq: “Ölkədə vaksinasiya strategiyası hazırdı, yaxın günlərdə hökumət tərəfindən qəbul olunmalıdır. Vaksinasiya pulsuz həyata keçiriləcək. Risk qrupları müəyyənləşdirilib. İlk olaraq onlar vaksin olunacaq”.

 

Gununsesi.org