Maskadan nə vaxtadək istifadə etməliyik? – AÇIQLANDI

  • By admin
  • 15 Dekabr 2020 16:47

Maskalardan istifadəni əhalinin böyük kütləsi vaksinasiya olunana qədər davam etdirməliyik.

Gununsesi.info xəbər verir ki, bunu TƏBİB-in İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, vaksin vurulan kəslər özünü və ətrafdakıları qorumaq üçün maskadan istifadə etməlidir.

Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev isə əlavə edib ki, vaksinin təsirləri şəxsin immunitet sistemindən asılıdır: “Vaksinasiyadan sonra bir müddət həyatımızı maskalarla davam etdirməliyik”.

Gununsesi.info