Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ MƏMUR koronavirusa yoluxdu

  • By admin
  • 06 Aprel 2021 09:54

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev koronavirusa yoluxub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a nazirlikdəki mənbə məlumat verib.

Məlumatda deyilir ki, ötən həftə verdiyi PCR testinin nəticəsi “müsbət” çıxmış S.Paşayev hazırda xəstəxanalardan birində müalicə alır.

Xatırladaq ki, S.Paşayev 2016-cı ilin dekabrından sözügedən dövlət şirkətinə rəhbərlik edir.

Gununsesi.info