Azərbaycanda yüksək vəzifəli şəxslər işdən kənarlaşdırıldı

  • By admin
  • 15 Dekabr 2020 17:04

Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Gununsesi.org xəbər verir ki, oxu.Az-ın məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafiq Şəfiyev, eləcə də başçının digər müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Vəfa Abbasova tutduqları vəzifədən azad ediliblər.

İcra hakimiyyətinin rəsmi saytında müvafiq vəzifələr üzrə hələlik təyinatın olmadığı görülür.

Gununsesi.org