Azərbaycandan Ukraynaya ciddi dəstək -SOCAR YANACAĞI PULSUZ VERDİ

  • By admin
  • 26 Fevral 2022 23:25

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada yerləşən yanacaqdoldurma məntəqələrinə göstəriş verib.

Göstərişə əsasən, Ukrayna şəhərlərində SOCAR yanacaqdoldurma məntəqələrində təcili yardım, yanğınsöndürən və digər humanitar sahələrə aid maşınlara yanacaq pulsuz verilir.

Gununsesi.info  bildirir ki, bu barədə Ukrayna prezidenti özünün sosial şəbəkə hesabında yazıb.
Bu,  böyük dəstəkdir və Azərbaycan dövləti tərəfindən Ukraynanın haqq davasının dəstəklənməsinin göstəricisidir.

Xatırladaq ki, bir saat öncə Ukrayna dövlət başçısı Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək humanitar yardımlara görə təşəkkür etməsi ilə bağlı rəsmi məlumat yayılıb.