Azərbaycanın beynəlxalq dərəcəli hakimləri təyinat alıblar

  • Müəllif: Admin08
  • 15 Oktyabr 2025 09:20

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) təyinat alıblar.

Gununsesi.info AHF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz qadın həndbolçular arasında Avropa çempionatının ikinci qrup mərhələsinin Serbiya – Litva görüşünün hakimləri olacaqlar.

Matç oktyabrın 16-da Belqrad şəhərindəki “Voydovaç” İdman Mərkəzində keçiriləcək.

Gununsesi.info