“Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməz sayılıb”

“Belçika və Niderland parlamentləri Azərbaycana dair qərəzli müzakirələr birincisi, bu, Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilir və buna yol verilməyəcək”.

Gununsesi.info bildirir ki, bunu deputat Tural Gəncəliyev deyib:

“İkincisi, erməni silahlı qrupları ilə bağlı gözlənti ondan ibarət idi ki, özlərini demokratiyanın beşiyi sayan dövlətlər – o cümlədən Belçika və Niderland parlamentləri – təşəbbüs göstərərək bu şəxslərin məsuliyyətə cəlb olunmasına dəstək versinlər. Necə ki, Birinci və İkinci dünya müharibələrindən sonra müvafiq hərbi məhkəmələr yaradılmışdı.

Məlumdur ki, Birinci dünya müharibəsindən sonra Versal sülh sazişi çərçivəsində məhkəmə prosesləri həyata keçirilib, İkinci dünya müharibəsindən sonra isə Nürnberq məhkəməsi və digər tribunal fəaliyyət göstərib. Lakin hazırda bunun əksi müşahidə olunur. Avropa İttifaqında bəzi qüvvələrin Ermənistana revanşist yanaşmanı təşviq etməsi və yenidən müharibə çağırışlarının səsləndirilməsi diqqət çəkir.

Belçika və Niderland parlamentlərində isə bu ölkələrin keçmiş və davam edən müstəmləkə siyasəti, beynəlxalq hüquqa zidd addımları barədə müzakirələr aparılmır. Halbuki yaxın tarixdə Avropa müstəmləkəçilərinin Afrika, Yaxın Şərq və müsəlman dünyasında həyata keçirdiyi istismar siyasətinin ağır nəticələri bu gün də qalmaqdadır.

Məsələn, Belçikanın Afrikada, xüsusilə Konqoda həyata keçirdiyi siyasətin izləri bu günə qədər qalır. Həmin ərazilərdə təbii sərvətlərin istismarı ilə bağlı fəaliyyətlərin davam etdiyi qeyd olunur.

Niderlandın isə İndoneziyada uzun illər davam edən müstəmləkəçilik siyasəti nəticəsində ölkənin resurslarının istismarı və genişmiqyaslı itkilər baş verib. Bu kimi məsələlər həmin ölkələrin parlamentlərində yetərincə müzakirə olunmur.

Eyni zamanda, 1960-cı ildə Konqonun müstəqillik uğrunda mübarizə aparan ilk demokratik seçilmiş baş naziri Patris Lumumba-nın qətlə yetirilməsi ilə bağlı Belçikanın rolu uzun müddətdir müzakirə mövzusudur. Buna baxmayaraq, bu hadisələrə dair açıq və prinsipial mövqe nümayiş etdirilmədiyi bildirilir.

Bütün bunların fonunda Azərbaycanın daxili işlərinə münasibət bildirilməsi tənqid olunur”.

 

 

Şəbnəm

Gununsesi.info